İki rayonun prokuroru işdən çıxarıldı
Bizi izləyin

Qırmızı.az

İki rayonun prokuroru işdən çıxarıldı

İki prokuror işdən çıxarılıb.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərilə Gəncə şəhər prokuroru Adil Vəliyev və Yasamal rayon prokuroru Həsrət Pirməmmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.

Onlar Baş Prokurorluqda idarə prokuroru vəzifələrinə təyin ediliblər. Həsrət Pirməmmədov Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin prokuroru, Adil Vəliyev isə Baş Prokurorluğun MTN, FHN və Dövlət Sərhədi Xidmətinin İstintaq, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin prokuroru vəzifələrinə təyin ediliblər.

Onların yerinə isə hələ ki təyinat olmayıb.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm