Bakıda yol polisinə xəsarət yetirən sürücü saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda yol polisinə xəsarət yetirən sürücü saxlanıldı

Bakıda sürücü yol polisinə xəsarət yetirib.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 4-də saat 13 radələrində Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “BMW” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Bakı BPİ DYPİ-nin əməkdaşı, polis kiçik serjantı Emin Verdiyev tərəfindən saxlanılıb və sənədlərini təqdim etməsi tələb edilib.

Tabeçilik göstərməmiş A.Hüseynov avtomobili hərəkətə gətirərək E.Verdiyevə ayaq nahiyəsindən xəsarət yetirib, hadisə yerini tərk edib.

Polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

A.Hüseynov saxlanılıb. Araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm