SABAH qruplarına əlavə qəbul başladı
Bizi izləyin

Qırmızı.az

SABAH qruplarına əlavə qəbul başladı

SABAH qruplarına 8 ixtisas üzrə əlavə tələbə qəbulu keçiriləcək.

Təhsil Nazirliyindən Publika.az-a verilən xəbərə görə, müsahibəyə ötən 2 semestrdə 61-dən yuxarı bal toplayan və heç bir akademik kəsiri olmayan II kurs tələbələri buraxılacaq.


Tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, ibtidai sinif müəllimliyi, kompüter mühəndisliyi, inşaat mühəndisliyi və nəqliyyat tikintisi ixtisasları üzrə əlavə qəbula düşmək istəyən tələbələr müsahibədən keçməlidirlər.

Ümumilikdə, qeyd olunan ixtisaslar üzrə 100-120 tələbənin SABAH qruplarına əlavə yerləşdirilməsi nəzərdə tutulur. Onlar növbəti semestrdən etibarən təhsilini SABAH qruplarında davam etdirəcəklər.


Qeyd edək ki, hazırda bu qruplarda 688 tələbə təhsil alır. Onlar 33 ixtisas üzrə 7 ali təhsil müəssisəsinə yerləşdiriliblər. Tələbələrdən 200-ə yaxını SABAH yataqxanasında qalırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm