Sabah Bakıətrafı ərazilərdə su olmayacaq
Bizi izləyin

Qırmızı.az

Sabah Bakıətrafı ərazilərdə su olmayacaq

Bakının ətraf əraziləri susuz qalacaq.

Bu barədə Publika.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq icra edilən “Kürdəxanı qəsəbəsinin içməli su təchizatı sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttindən birləşmənin verilməsi ilə əlaqədar 11 dekabr 2014-cü il tarixdə saat 00:00-dan 24 saat müddətinə Yeni Saray, Novxanı, Goradil, Pirşağı bağ massivlərinə, Mehdiabad və Digah qəsəbələrinin bir hissəsinə, Fatmayı və Kürdəxanı qəsəbələrinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm