Qırmızı.az
İslam İnkişaf Bankının Azərbaycanda yeni layihəni maliyyələşdirməsi müzakirə edilib
“Azərsu” ASC-nin rəhbərliyinin İslam İnkişaf Bankının (İİB) Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşü keçirilib. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.Az-a verilən məlumata görə, görüşdə İİB ilə “Azərsu” ASC arasında 6 rayonda - Astara, Daşkəsən, Samux, Gədəbəy, Qazax və Tərtər rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə maliyyələşmə məsələləri müzakirə edilib.
“Azərsu” ASC-nin xarici sərmayələr üzrə sədr müavini İlqar Tağıyev
İslam İnkişaf Bankının Azərbaycanda həyata keçirilən investisiya
layihələrində yaxından iştirakını xatırladaraq, su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulmasında bankın
əməkdaşlığını yüksək qiymətləndirib.
Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən İslam
İnkişaf Bankının nümayəndə heyətinin rəhbəri Papa Sy təmsil etdiyi
qurumun su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması layihələrinə dəstək verməkdə maraqlı olduqlarını
bildirmişdir.
Qeyd edək ki, keçirilən görüşlərdə kredit sazişinin şərtləri
razılaşdırılacaq və səfərin sonunda Azərbaycan hökuməti ilə İslam
İnkişaf Bankı arasında kredit sazişi imzalanacaq. Layihəyə əsasən
Astara, Daşkəsən, Samux, Gədəbəy, Qazax və Tərtər rayonlarında
ümumilikdə 320 min nəfər keyfiyyətli və dayanıqlı içməli su ilə
təmin ediləcək, həmin şəhərlərin kanalizasiya sistemləri yenidən
qurulacaq.
Gülnar
Publika.Az
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ