Sabir Rüstəmxanlı: “Prezident seçkilərinədək gərginlik gözləmirəm“
Bizi izləyin

Qırmızı.az

Sabir Rüstəmxanlı: “Prezident seçkilərinədək gərginlik gözləmirəm“

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycandakı siyasi proseslərdə gərginləşmə gözləmir.

Publika.Az-a açıqlamasında millət vəkili deyib ki, İctimai Palatanın mitinqlər keçirməsində hansısa narahatedici məqam görmür.

Mövqeyi barədə suala aydınlıq gətirən VHP sədri vurğulayıb ki, o, bu məsələlərdə neytral deyil:

"Mənim münasibətlərim neytral deyil. Həmişə demişəm ki, sözə görə insanı həbs eləməzlər. Cinayət tərkibi olmadan insanları həbs etmək yolverilməzdir. Həbs olunanlar da bir neçə müddətdən sonra azad olunur. Amma mitinqlərlə bağlı hər hansı ciddi narahatlıq dalğasının başlayacağını, həbslər olacağını gözləmirəm. Ümumiyyətlə, belə düşünürəm ki, prezident seçkilərinə qədər gərginlik olmayacaq".

Sabir Rüstəmxanlı deyib ki, İctimai Palatada təmsil olunan VHP üzvləri partiya adından çıxış etməyəcəkləri və ya partiyanın maraqlarına zidd addım atmayacaqları halda öz seçimlərində sərbəstdirlər.

Millət vəkili son günlər ölkədəki xarici diplomatların proseslərə təsir cəhdləri barədə iddiaları əsassız hesab etdiyini deyib:

"Səfirlərin Azərbaycanda bilmədiyi nəsə varmı? Onlar təcrübəli adamlardır, nə danışdıqlarını bilirlər, kimin nə ilə nəfəs aldığından xəbərdardırlar. Əgər görüşlərdə İctimai Palata nümayəndələri Azərbaycanda insan hüquqlarının pozulmasından danışırlarsa, bunu səfirləri özləri də yaxşı bilir. Mən burda bir problem görmürəm".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm