Qırmızı.az
“Toy olsun“, ya olmasın?
Bu haqda hətta bir neçə sərt münasibətə və yazıya da rast gəlmişəm. Guya orda evlənənlər düz eləmirlər, cəmiyyətə pis örnək olurlar.
Bunlar boş söhbətlərdi. Bizim hədsiz kompleksli cəmiyyətimizdən
(xüsusən sevgi, evlənmək barəsində) bundan artığını gözləmək də
olmur.
Sual doğur: Əgər Azərbaycandakı adamlar doğrudan da rahatca,
sevib-seçərək evlənə bilirlərsə, bəs bu cür proqramlara axını
sürətləndirən nədi? Bilirəm, hələ nə qədər adam ora gedib evlənmək
istəyir, ama elgözünə getməyi guya özünə sığışdırmır. Adama nə
deyərlər?!
Ən qəribəsi odur ki, bizim bugün evlənmək proqramlarından kənarda
ailə quranların orda evlənənlərdən heç bir fərqi yoxdu. Əksinə, o
proqramlarda evlənənlər bunlardan bir az daüstündülər. Ordakılara
heç olmasa seçim imkanı verilir və bu ən azından daha məsuliyyətli
şəkildə, hər kəsin gözü önündə edilir.
Bizim diktator valideynlərimizsə ailə həyatı qurmaq istəyənlərə heç
bir seçim imkanı vermirlər. Çünki sənin evlənmək istədiyin adam
onların istədiyi adam deyil, yəni sənin ailə qurmaq istədiyini sən
yox, valideynlərin “istəməli”di.
Bu yaxınlarda qəribə bir xəbər gündəmi aldı. Rayonların birində
yaşayan orta məktəb şagirdi olan 3 qız evlərindən qaçıb, Bakıdakı
sevdikləri oğlanların yanına gəliblər, sonra evdəkilər yenə onları
geri qaytarıblar.
Bununla bağlı elə qəribə münasibətlərə, elə murdar şərhlərə rast
gəldim ki, quruyub yerimdə qaldım. Hətta əyalətdə yaşayan evli bir
xanım dostum söhbət əsnasında mənə dedi ki, həyat yoldaşı
televiziyada bu xəbər gedərkən eyni yaşda olan qızlarını yanına
çağırıb, gözünü deşə-deşə bu faktı ona göstərməyə çalışırmış. Guya
bunun da qızı elə bu dəqiqə evdən qaçacaqmış, ata da bundan narahat
və şübhəliymiş, bu yolla onun qarşısını kəsməyə çalışırmış.
Qayıdaq evlənmək proqramlarına. Dərinə getsək, bu sayaq layihələrə
mənim də münasibətim yaxşı deyil. Şəxsən mən də istəyirəm özgürcə
sevib-seçmək imkanım olsun və mən də gələcək ailə həyatımı qaranti
altına ala bilim. Ama görək cəmiyyətimizdə bu mümkündümü? Hələ
görək qarşı tərəfimizdəkidəmi belə düşünə bilir, ya da düşünmək
imkanı varmı...
Məsələn, o proqramlara çıxanların real həyatda, yəni bu cür
vasitələr olmadan gerçəkləşdirə bilmədikləri bir neçə məqam var.
Hamımız bilirik, bu ölkədə ailə qurmaq istəyənlərin normal şəraiti
yoxdu. Adam neyləməlidi? Bankmı yarmalı, başmı kəsməlidi? Zatən
ətarfımız cinayətlərlə doludu.
Adamlar bura gəlirlər ki, gecikən ailə həyatlarının həllini
tapsınlar.
Cinsi natamamlığın, seksual özgürlüyün olmadığı bu cəmiyyət, ətraf
basqısı və şəraitsizliyiylə onsuz da bizi hər addımda çıxılmaz hala
salır.
Axı adam neyləsin?
1. Şəraiti yoxdu;
2. Seçim imkanı yoxdu
3. Ətrafın kompleksli basqısı var və s. və i.a...
Bir neçə fəhlə tanışım var. Onlarla söhbətləşəndə lap ürəyim
ağrıyır. Onlar bir ayda itdiknən-ziddiknən qazandılarını bəzən bir
gecədə küçə qadınlarına xərcləyirlər. Adam lap çaş-baş qalır.
İndi bu adamlara necə deyə bilərsən ki, evlənmək proqramlarına
çıxmaq yaxşı hal deyil, sən cəmiyyətə pis örnək olursan...
Qısacası, şəxsən mənim bu barədə gəldiyim qənaət bundan ibarətdi
ki, biz adamları ittiham edəndə insafı da unutmamalıyıq, onları da
anlamaq imkanımız olmalıdı...
Publika.Az
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO