Qırmızı.az
Hüquq müdafiəçisi: "Prezident Aparatındakı görüş çox pozitiv keçdi"
Hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Çingiz Qənizadə Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda olublar. Bu barədə Publika.Az-a Səidə Qocamanlı bildirib.
Onun sözlərin görə, görüşdə Azərbaycanda hüquqların müdafiəsi
sahəsində olan durum, mövcud problemlər müzakirə edilib.
O qeyd edib ki, görüşdə PA rəsmisinə "2 aprel" məhbusları və
Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə bağlı prezidentə
ünvanlanmış məktub təqdim edilib.
S.Qocamanlı vurğulayıb ki, bir sıra xəstə məhbuslar, cəzasının çox
hissəsini çəkmişlərin və islah olmuş məhbusların da adlarının əfv
fərmanına salınması bu məktubda qeyd olunub.
"Biz Fuad müəllimə həmçinin bir təklif də irəli sürdük ki, bir neçə
il əvvəl fəaliyyət göstərmiş, QHT nümayəndələrindən ibarət işçi
qrup yenidən bərpa edilsin. Həmin işçi qrup vaxtında biz bir çox
müraciətləri araşdırıb həll edə bilirdik. Ümumilikdə görüş çox
pozitiv keçdi. Və biz bu görüşdən ümidlərlə ayrıldıq".
Hüquq müdafiəçisi söyləyib ki, həlledici qərar prezidentdən
asılıdır və onun hüquq müdafiəçilərinin məktubuna müsbət cavab
verəcəyinə ümid bəsləyir.
"Güman edirəm ki, bizim müraciətimiz cavabsız qalmayacaq. Bu
görüşdə biz bir sıra məsələlərlə bağlı müraciətlərimizi də etdik,
Fuad Ələsgərov söz verdi ki, araşdırılıb ölçü götürüləcək. İnanırıq
ki, görüşün müsbət nəticəsini hamımız yaxınlarda görəcəyik", - deyə
Səidə Qocamanlı əlavə edib.
Rüfət Əhmədzadə
Publika.Az
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu