ADU-da Yeni il şənliyi keçirildi
Bizi izləyin

Qırmızı.az

ADU-da Yeni il şənliyi keçirildi

Dekabrın 26-da Azərbaycan Dillər Universitetində ADU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Türkiyə Məzunları İctimai Birliyinin təşkilati dəstəyi ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Tədris işləri üzrə prorektor Vazeh Əsgərov, Türkiyə Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov və universitetin müəllim-tələbə heyəti iştirak edirdi.

Tədbirdən öncə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış videoçarx təqdim olundu.

Sonra ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov universitetin müəllim-tələbə heyətini qarşıdan gələn 31 dekabr Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik etdi. O, bu günün Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırlatdı. Prorektor bu bayramın ayı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynadığını bildirdi.

Sonra çıxış edən Türkiyə Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün bütün azərbaycanlılar üçün önəmli gün olduğunu bildirdi. O, bu bayramın həm də bütün türk dünyasının bayramı olduğunu qeyd etdi. Çingiz Bayramov bu bayramın bütün dünya azərbaycanlıları tərəfindən qeyd olunmasının sevindirici hal olduğunu sözlərinə əlavə etdi. O, Azərbaycan gənclərinin birləşərək ölkəmizi hər yerdə layiqincə təmsil etməyə çağırdı.

Daha sonra ADU TGT-nin sədri Xıdır Kazımov bu yeni ildə tələbələri həm tələbə, həm də gənclər olaraq birləşib ölkəmiz üçün gözəl işlər görməyə səslədi.

Sonra tələbələr Azərbaycan, ingilis və fransız dillərində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü haqqında iştirakçılara məlumat verdilər.

Bədii hissə ilə davam edən tədbirdə tələbələrin ifasında milli ruhda yazılmış mahnılar, şeirlər söylənildi, “Dalğa” rəqs qrupunun ifasında rəqslər göstərildi və Yeni il mövzusunda səhnəcik nümayiş olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm