Azərbaycanda internat evi ləğv ediləcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda internat evi ləğv ediləcək

Təhsil Nazirliyi Lənkəran şəhər uşaq evinin ləğv edilməsi barədə qərar qəbul edib. Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, uşaq evinin bazasında Günərzi qayğı mərkəzinin yaradılması ilə bağlı Nazirlər Kabinetinə müvafiq təklif göndərilib.

İndiyə qədər bu istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib.

Təhsil Nazirliyinin investisiya proqramına əsasən, Lənkəran şəhərində oğlanlar üçün Ailə tipli kiçik qrup evinin tikintisinə başlanılıb.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli və 3 nömrəli Respublika xüsusi internat məktəbləri Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Hazırda Bakı şəhərində yerləşən 3 internat məktəbində əsaslı təmir və tikinti işləri yerinə yetirilir. 4 internat məktəbində isə 2015-ci ildə təmir işlərinə başlanması nəzərdə tutulur.

Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində ilk dəfə olaraq ötən tədris ilindən beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsi məqsədilə qidalanmanın vahid mərkəzdən idarə edilməsinə başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm