Bakıda 100-ə yaxın dilənçi saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda 100-ə yaxın dilənçi saxlanıldı

Bakıda 100-ə yaxın dilənçi saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Binəqədi RPİ Post Patrul Xidməti Bölüyü (PPXB), 6-cı PB, Binəqədi RPİ 40-cı PB, Nərimanov RPİ 18-ci PB, Nərimanov RPİ PPXB əməkdaşlarının yanvarın 2-4 tarixlərində keçirdiyi profilaktiki tədbirlər nəticəsində, müvafiq olaraq, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 20 kişi, 32 qadın, 46 azyaşlı saxlanılıb.

Onlarla fərdi söhbətlər aparılıb, barələrində inzibati qaydada protokol tərtib olunaraq, qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm