Borclu kişi atası və nənəsinin qəbri üstə özünü güllələdi
Bizi izləyin

Qırmızı.az

Borclu kişi atası və nənəsinin qəbri üstə özünü güllələdi

Bu gün səhər saatlarında Ağdaş rayonunda külli miqdarda borcu olan kişi atasının qəbri üstündə özünü öldürüb

Bu gün səhər saatlarında Ağdaş rayonunda külli miqdarda borcu olan kişi atasının qəbri üstündə özünü öldürüb.

Ağdaş rayon prokurorunun köməkçisi Emil Qurbanovun Ans press-ə verdiyi məlumata görə, Ağdaşın Cücük kəndində yaşayan 1969-cu il təvəllüdlü Fariz Məmmədnəbi oğlu Vəliyev kənd qəbiristanlığında atasının və nənəsinin məzarları arasında ov tüfəngilə sinəsinə atəş açıb. 45 yaşlı kişi hadisə yerində ölüb.


“Deyilənlərə görə, F.Vəliyevin külli miqdarda borcu olub. Onun üçün özünü öldürüb”, - deyə Emil Qurbanov bildirib.

Qeyd edək ki, 2 uşaq atası olan Fariz Vəliyev Ağdaş şəhərində televizor ustası və elektrik avadanlıqları mağazasında satıcı işləyən Fariz Vəliyevə borclu olub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm