Bakıda məktəbliyə hücüm edən manyakın görüntüsü - FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda məktəbliyə hücüm edən manyakın görüntüsü - FOTO/VİDEO

Bakıda iki həftə əvvəl məktəbliyə hücüm edən manyakın görüntüləri yayılıb.

Görüntüləri Report-a hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri təqdim edib.

Xatırladaq ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları Bakının Xətai rayonu, Zığ şossesi məhəllələrindən birində X sinif şagirdinə hücum edən 1979-cu il təvəllüdlü Rəşad Firdovsi oğlu Məmmədovu tutub. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Zərərçəkən yetkinlik yaşına çatmadığından onun ad və soyadı açıqlanmır.

R.Məmmədov bu il yanvarın 15-də əvvəlcə qızı izləyib. Şagird binadan içəri daxil olduqdan sonra həmin şəxs də onun ardınca bloka girib. R.Məmmədov qızı döyərək ona xəsarət yetirib. Sonra isə binanı tərk edərək qaçıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir. Tutulan şəxsin digər analoji cinayətlər törədib-törətmədiyi də araşdırılır.

Xatırladaq ki, Bakının Xətai rayonunda məktəbli qızın vəhşicəsinə döyülməsi ilə bağlı video yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm