Valideynlərə əlavə vəsait ayrılacaq
Bizi izləyin

Qırmızı.az

Valideynlərə əlavə vəsait ayrılacaq

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında qanunda dəyişiklik edilib.

Publika.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna edilən dəyişikliyə əsasən, evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün bu Qanunun 26.3-cü maddəsində göstərildiyi kimi müvafiq icra hakimiyyəti orqanın müəyyənləşdirdiyi həcmdə vəsait ayrılır.

Sərəncamda “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlanması göstərilib.


Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddət verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm