Qırmızı.az
Hava kəskin soyuyacaq: güclü külək əsəcək, qar yağacaq
Azərbaycan sinoptikləri hava şəraitinin daha da kəskinləşəcəyi barədə xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.
Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti, axşama doğru
0 dərəcəyə yaxın isti olacaq.
Fevralın 20-si axşamdan başlayaraq 23-dək Abşeron yarımadasında
hava şəraitinin kəskinləşəcəyi, güclü xəzri küləyi fonunda soyuq
diskomfort, qarlı hava şəraiti gözlənilir ki, bu da əksər əhali
üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq
havada qalmaq məsləhət deyil.
Azərbaycanın rayonlarında fevralın 20-də hava şəraitinin qərb
rayonlarından başlayaraq yağıntılı olacağı, sulu qar, qar yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək,
gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.Fevralın 21-də küləyin güclü olacağı ehtimal edilir. Havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında belə hava şəraiti fevralıın 23-dək davam edəcək.
Fevralın 20-si qərb rayonlarından başlayaraq, ayın 23-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında güclü şimal-qərb küləyi əsəcək.
Fevralın 21-də və 22-də Bakıda və Avbşeron yarımadasında temperaturun gündüz 0 dərəcəyə yaxın, gecə saatlarında 2 dərəcəyə kimi şaxta olacağı gözlənilir.
Rayonlarda yollar buz bağlayacaq.
Qeyd edək ki, dəqiqləşdirilmiş proqnoz bir daha ictimaiyyətə təqdim olunacaq.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ