• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nazirlikdən lavaş məsələsinə münasibət: “YUNESKO-ya müvafiq cavab bildiriləcək”

Nazirlikdən lavaş məsələsinə münasibət: “YUNESKO-ya müvafiq cavab bildiriləcək”

“Lavaş” YUNESKO–da Ermənistan adına qeydiyyata alınıb. Bu, İranda etirazlara səbəb olub.

İranda tanınmış ensklopediyaçı professor Əli Blukbaşı bildirib ki, lavaş İrana məxsus milli çörəkdir və Ermənistan da öncədən İranın bir tərkib hissəsi kimi bunu öz adına yazdıra bilməz. O, həmçinin qeyd edib ki, bu çörək növü Azərbaycan və Orta Asiya ölkələrində də mövcuddur və Ermənistanın addımlarının qarşısının alınması üçün müvafiq orqanlar hərəkətə keçməlidirlər.

Mədəniyyət və Turizm Nazirliyin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva Publika.Az-a açıqlamasında bu barədə lazımı orqanlara məlumat veriləcəyini dedi:

“Nazirlik bu barədə xəbərdardır. Müvafiq fayllar araşdırılır və təhlil edilir. Lazım olan etiraz və cavablar bildiriləcək. YUNESKO-ya müvafiq cavab bildiriləcək”.

Qeyd edək ki, bu qida bir çox rusdilli mənbələrdə Ermənistana məxsus qida kimi təqdim edilib. Amma sözün etimologiyasına nəzər saldıqda “lav” ərəb və ya Çin dilində olduğu, “aş” sözünün isə türk dillərinə məxsus olduğu bildirilir. Amma bu qidanın təkcə Azərbaycan yox, digər türkdilli xalqların da mətbəxində istifadə edilməsi lavaşın yalnız qonşuluq ənənəsinə uyğun olaraq Azərbaycan mətbəxində olmadığını sübut edir. Yəni bu qida qonşu Ermənistan, yaxud İrandan Azərbaycan mətbəxinə daxil olmayıb.

Azərbaycan dilinin izahlı lüğətində yalnız “lavaş- nazik yayılmış xəmirdən bişirilən çörək növü: yuxa, yayma. Ağ lavaş kimi təqdim edilib.

Məsələni araşdırarkən Nəsimi adına Dilçilik İnstitutu ilə əlaqə saxlamağımız mümkün olmadı. Belə ki, institutun saytında qeyd olunmuş nömrələrə gün ərzində cavab verilmədi. İnstitutun əməkdaşları ilə ayrı-ayrılıqda əlaqə saxladıq. Lakin onlar bu sözün etimologiyasını izah etməkdə çətinlik çəkdilər, konkret cavab vermədilər.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR