Nadir Əzməmmədov: “Dəmir yollarında qiymət artımı gözlənilmir”
Bizi izləyin

Qırmızı.az

Nadir Əzməmmədov: “Dəmir yollarında qiymət artımı gözlənilmir”

“Dəmir yollarında qiymət artımı gözlənilmir”.

Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibi Nadir Əzməmmədov dəmir yollarında qiymətlərin artacağıyla bağlı yayılan fikirlərə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, dəmir yollarında qiyməti Tarif Şurası təyin edir. QSC tərəfindən Tarif Şurasına qiymətlərin artırılmasıyla bağlı heç bir müraciət olunmayıb:

“Biz özümüzdən qiyməti qaldıra bilmərik. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Tarif Şurasına qiymətlərin artırılmasıyla bağlı heç bir müraciət olunmayıb. Bizim qiyməti dəyişdirməyə ixtiyarımız yoxdur. Respublika daxilində hərəkət edən qatarların qiyməti Tarif Şurası, beynəlxalq istiqamətdə hərəkət edən qatarların qiyməti isə "Rusiya Dəmir Yolları" MMC tərəfindən tənzimlənir”.

Qurum rəsmisinin sözlərinə görə, hələ ki heç bir qiymət artımı nəzərdə tutulmayıb.

Qeyd edək ki, milli valyutanın kursunun enməsi ilə bağlı qatarlarda gediş haqlarının artacağıyla bağlı xəbərlər yayılmışdı.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm