Qırmızı.az
Telekanallara xəbərdarlıq edildi
“Hesab edirəm ki, bundan sonra televiziya və radio
kanallarının rəhbərləri bu çəkindirici səlahiyyətləri öz
fəaliyyətlərində nəzərə alacaqlar”.
Bu barədə Trend-ə Milli
Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli
“Televiziya və radio yayımı haqqında” qanunda MTRŞ-nin
səlahiyyətlərini artıran dəyişikliklərə münasibət bildirərkən
deyib.
N.Məhərrəmli qeyd edib ki, Şuranın məqsədi telekanallarla
mübarizə aparmaq deyil: “Hesab edirəm ki, bu cür dəyişikliklər daha
çox ictimai bir sifariş idi. Bilirsiniz ki, son zamanlar özəl
televiziya kanallarındakı bir çox verilişlərlə bağlı ictimaiyyətin
haqlı narazılıqları var idi. Yəni bu verilişlərdəki bayağılıq,
sünilik, şitlik, cəmiyyət üçün nümunə ola bilməyəcək insanların
efirdə tez-tez çıxış etməsi, insanlara bu və ya digər məsələlərlə
bağlı tövsiyələr verməsi əhalidə ciddi narazılıq doğururdu. Ona
görə də bu məsələlərə qarşı Milli Televiziya və Radio Şurası olaraq
ciddi müdaxilə edə bilmirdik. Yəni Şuranın belə bir səlahiyyəti yox
idi. Burada da bir uyğunsuzluq var idi. Bir tərəfdən, Televiziya və
Radio Şurası dövlətin teleradio siyasətinə nəzarəti həyata keçirir,
digər tərəfdən isə efirdə verilişlərin məzmununa nəzarət edə
bilmir. Ona görə də bu dəyişikliklər tərəfimizdən irəli sürüldü və
məsələ öz həllini tapdı”.
O hesab edir ki, bundan sonra televiziya və radio kanallarının
rəhbərləri bu çəkindirici səlahiyyətləri öz fəaliyyətlərində nəzərə
alacaqlar: “Yəni hər şey kommersiya maraqları üzərində
qurulmamalıdır. Eyni zamanda, əhalinin maraqları nəzərə
alınmalıdır”.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər nəticəsində televiziya və radio yayımçılarına qarşı sanksiyaların sərtləşdirilməsi məsələsinə gəlincə, N.Məhərrəmli qeyd edib ki, bu cərimələr də digər səlahiyyətlər kimi çəkindirici xarakter daşıyacaq: “Azərbaycanda bu cərimələrin həcmi o qədər az idi ki, bu barədə danışmağa da dəyməzdi. Xarici ölkələrdə bu sanksiyalar 100 minlərlə ölçülür. Hesab edirəm ki, televiziya və radio kanalları bu məsələni də nəzərə alacaq”.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ