Qırmızı.az
8 Martda evdə oturun - YAĞIŞ, KÜLƏK
Martın 8-də hava qeyri-sabit, küləkli, yağıntılı olacaq, temperatur bir neçə dərəcə enəcək.
Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, Bakıda və Abşeron yarımadasında martın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Axşama doğru bəzi yerlərdə yağıntılı olacaq. Şimal-qərb küləyi güclənəcək.
Paytaxtda və Abşeron yarımadasında martın 8-də havanın temperaturu
gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Martın 9-da da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti
üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq, axşama doğru
kəsiləcək. Şimal küləyi gündüz mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında martın 9-da havanın temperaturu
gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.
Martın 10-dan hava şəraiti sabitləşəcək, temperatur yüksələcək.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."