Qırmızı.az
İlaxır çərşənbədə Bakıda tonqallar qalanacaq
Xalqımızın milli adət-ənənələrinə uyğun olaraq, baharın
gəlişi – Novruz bayramı ilə əlaqədar İlaxır çərşənbə münasibətilə
Bakı şəhər İcra Hakimiyyəti bayram şənlikləri təşkil
edəcək.
Bakı şəhər İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata
görə, martın 17-də saat 11.00-da metronun İçərişəhər stansiyasının
yanından Novruz personajlarının iştirakı ilə hərəkət edən "bayram
karvanı" - süvarilər, dəvə və faytonlar Bakının Fizuli meydanının
qarşısındakı yeni istirahət parkı, Azadlıq meydanı, metronun
Koroğlu stansiyasının yaxınlağında yerləşən Büllur fəvvarənin
ətrafındakı istirahət parkı, Səməd Vurğun istirahət parkında Novruz
şənlikləri keçiriləcək.
Eyni zamanda "Heydər Parkın"da Novruz personajları, kəndirbaz və
pəhləvanların, milli geyimli oğlan və qızların iştirakı ilə bayram
tonqalları alovlandırılacaq.
Saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında İlaxır çərşənbə münasibətilə tonqal yandırılacaq və incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcəkdir.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."