Qırmızı.az
Sabah yağış yağacaq
Martın 23-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq. Günün ikinci yarısından başlayaraq yağışın tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən Publika.az-a verilən məlumata görə, arabir
güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti,
gündüz 7-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə
sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə
85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, arabir
yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb
küləyi əsəcək, gecə bəzi yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı
gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın
arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı
gözlənilir. Qərb küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın
temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı
gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı
gözlənilir. Qərb küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın
temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar
yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın
temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti,
dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı
gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın yağışlı olacağı
gözlənilir. Qərb küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın
temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında yağmurlu
hava müşahidə olunacaq. Fasilələrlə yağış yağacağı gözlənilir,
dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-şərq
küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturu gecə
3-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək
isti, gündüz 2-7° isti olacağı gözlənilir.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ