Bakıda döyüş sursatı aşkarlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda döyüş sursatı aşkarlandı

Binəqədi rayonunda döyüş sursatı aşkarlanıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Aşkarlanmış sursata baxış keçirilib. Məlum olub ki, bu təlim-tədris zamanı istifadə olunan 1 ədəd 82 millimetrlik minaatan mərmisidir. Sursat ərazidən uzaqlaşdırılaraq zərərsizləşdirilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm