Metropoliten könüllülər axtarır
Bizi izləyin

Qırmızı.az

Metropoliten könüllülər axtarır

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) Birinci Avropa Oyunları zamanı könüllülər axtarır.

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Publika.az-a bildirib ki, könüllülər metronun loqotipi olan xüsusi geyimdə metro stansiyalarında insanlara bələdçi olacaq.

Onun sözlərinə görə, Metropoliten Birinci Avropa Oyunları zamanı sərnişinlərin sıxlığının müşahidə ediləcəyi və oyunların keçiriləcəyi arenalara yaxın yerləşən stansiyalarda sərnişin axınını nizamlamaq, eyni zamanda həm yerli, həm xarici turistlərə lazımi informasiyaların verilməsində kömək etmək istəyən könüllülər axtarır.

Könüllü olmaq üçün ingilis dilində sərbəst danışmaq, Azərbaycanın tarixi haqqında məlumatlı olmaq tələb edilir.

İş rejimi iyunun 12-dən 28-i tarixinədək olmaqla hər gün 6-7 saat təşkil edəcək. Metroda könüllü olmaq istəyənlər qoşmadakı anketi doldurub, aprelin 27-ə kimi [email protected] elektron ünvanına göndərə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm