Nazirlik: “Sahibsiz heyvanlarda quduzluğun qarşısı alınacaq”
Bizi izləyin

Qırmızı.az

Nazirlik: “Sahibsiz heyvanlarda quduzluğun qarşısı alınacaq”

Ölkəmizdə ilk dəfə olaraq vəhşi və sahibsiz heyvanlar arasında başlanan oral peyvəndləmə tədbiri yekunlaşıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Publika.az-a verilən məlumata görə, peyvəndləmə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının meşə və meşəətrafı ərazilərində, eləcə də Abşeron yarımadası və Bakı ətrafı ərazilərdə icra edilib.

50 min doza miqdarında olan quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlər (primanka) meşə və meşəətrafı ərazilərdə vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə hər 50 metrdən bir, eləcə də sahibsiz itlərin çox olduğu ərazilərə atılıb.

Bununla yanaşı, Dövlət Xidməti sahibli və qeydiyyatda olan itlərin də peyvəndləmə tədbirlərini davam etdirir. Bu ilin 3 ayı ərzində 196761 baş itdə bu tədbir həyata keçirilib.

Xidmətdən verilən məlumata görə, aparılan vaksinasiya tədbiri vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaradacaq və xəstəliyin qarşısı alınacaq.

“Hazırda qudzluq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət tam nəzarətdə olmaqla sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi tədbirlər həyata keçirir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm