Qırmızı.az
İran - Azərbaycan sərhədində atışma: yaralı var
Azərbaycana külli miqdarda narkotik keçirmək istəyən dəstənin iki üzvü isə hadisə yerindən qaçıb.
Bu gün saat 05:00 radələrində Cəlilabad rayonunun Dələli kəndi
ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən
ibarət silahlı qaçaqmalçı qrup tərəfindən külli miqdarda narkotik
maddə olan 2 kq heroinin və 3 kq marixuananın Azərbaycana
gətirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən
məlumata görə, sərhəd pozucuları qanunun tələblərinə tabe olmayaraq
müqavimət göstəriblər.
Sərhəd naryadı tərəfindən silahın təlimata uyğun tətbiqi
nəticəsində bir nəfər sərhəd pozucusu yaralanıb. Dəstənin digər
üzvləri havanın qaranlıq olmasından və ərazinin relyef
xüsusiyyətlərindən istifadə edərək hadisə yerindən yayınıblar.
Yaralı sərhəd pozucusuna zəruri tibbi yardım göstərilib, hazırda
vəziyyəti stabildir.
Cinayətin digər iştirakçılarının müəyyən edilməsi və
saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri
davam etdirilir.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ