“Pəncərədən boylananda Aidəni bir oğlanla gördüm” – BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Qırmızı.az

“Pəncərədən boylananda Aidəni bir oğlanla gördüm” – BİR CİNAYƏTİN TARİXÇƏSİ

1987-ci il təvəllüdlü Rahəddin Kazımov 21 avqust 2012-ci il tarixdə, saat 00:00-da Cəlilabad şəhəri, Vaqif küçəsi, 47 saylı evin qarşısında qonşusu Rasim Məmişovla mübahisə edib.

Publika.-Az-ın araşdırmasına görə, onların mübahisəsi sonradan davaya keçib. Dava zamanı Raəhddin Rasim Məmişovu dırnaqtutanla vuraraq xəsarət yetirib.

"Vacib işi olduğu üçün məni evlərinə dəvət etdi"

Bu əməli ilə Rahəddin Kazımov Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilib. Cinayət işini hakim Əliəjdər Ələkbərov araşdırıb.

Məhkəmədə ifadə verən R. Kazımov ona elan edilmiş

ittihamla tam təqsirli bilib. O, ifadəsində göstərib ki, 20 avqust 2012-ci il tarixdə, axşam saat 22-23 radələrində Aidə

Amanova ona zəng edib: "Aidə vacib işi olduğu üçün məni evlərinə dəvət etdi. Məndə Aidənin xahişinə əsasən onlara getdim. Bir neçə dəqiqədən sonra Aidə Amanovanın evinin pəncərəsi döyüldü. Məndə evin qapısınıı açaraq çölə çıxdım. Bu zaman bir nəfər şəxsin qapıdan təxminən 4-5 metr aralıda dayandığını gördüm. Həmin şəxs üzərimə hücum etdi. Məndə cibimdəki dırnaqtutanı çıxararaq özümü müdafiə etməyə çalıdım".

"Bir nəfər oğlanın Aidənin evinə girdiyini gördüm"

Zərərçəkmiş Rasim Məmişov deyib ki, Rahəddin Kazımov ilə həm qonşu, həm də qohumdur: "Aidənin atası xəstədir. Onlar ailəvi Rusiya Federasiyasına gedərkən Aidəni mənə tapşırıblar. Aidə yemək-içməyini bizdə yeyir və axşamlar yatmağa öz evlərinə gedirdi. Aidə demişdi ki, gecələr həyətlərinə kimsə gəlir. Rahəddinlə Aidənin münasibətlərinin olmasını eşitmişdim. Buna görə də həmin Rahəddin olmasını dedim. Lakin Aidə Rahəddin olmadığını dedi. Ona yalan danışmasını bildirdim. Aidə isə artıq Rahəddinlə görüşmədiyini söylədi. Avqustun 15-də iftardan sonra həyətdə siqaret çəkərdim. Bir nəfər oğlanın Aidənin evinə girdiyini gördüm. Odur ki, 15-20 dəqiqə gözlədim. Sonra Aidə Amanovanın yaşadığı evin həyətinə keçdim. Pəncərədən boylananda Aidənin bir oğlanı ötürdüğunu gördüm".

"Əlimi kəsməli olacaqdılar"

Zərərçəkmiş şəxsin sözlərinə görə, həmin vaxt yerdən bir daş götürərək onlara tərəf atıb: "Bu zaman həmin oğlan oradan qaçdı. Avqustun 21-də, gecə saat 00:20-da öz həyətimizdə dayanarkən iki nəfər şəxsin Aidə Amanovanın evinə daxil olduğunu gördüm. Ona görə də Aidənin evinə yaxınlaşdımm və pəncərəni döydüm. Bir neçə dəqiqədən sonra qapı açıldı. Əvvəlcə Aidə, sonra isə Rahəddin çölə çıxdılar. Rahəddin məni görən kimi üstünə cumdu. O, nalayiq söyüşlərlə təhqir edərək məni vurmağa çalışdı. Arxaya çəkilrək onun əlindən qaçmaq istəsəm də, Rahəddin sağ əlimdən bıçaqla vurdu. Sonra

avtomobilə əyləşərək xəstəxanaya getdim. Orada həkimlər əlimə tikiş qoydular. Bakıda bir ay xəstəxanada yatdım. Əgər həkimlər vaxtında əməliyyat etməsəydilər əlimi kəsməli olacaqdılar. Çünki əli çirk eləmişdi".

Məhkəmə zalından həbs edildi

Cəlilabad rayon Məhkəməsinin hökmü ilə Rahəddin Kazımov 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək qəti imkan tədbiri ləğv edilib və məhkəmə zalından həbs edilib. Hökmdən narazı qalan Rahəddin Kazımovun vəkili Habil Bəhmənov apelyasiya şikayəti verib. Müdafiə tərəfinin qənaətincə Rahəddin Kazımova ağır cəza təyin edilib: "Birinci instansiya məhkəməsi onun əməlində ağırlaşdırıcı halların olmamasını, hərəkətindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, əvvəllər məhkum olunmamasını, gəncliyini, himayəsində iki azyaşlı uşağının olmamasını, zərərçəkmiş şəxslə əvvəllər ədavətlərinin olmamasını və hadisədən dərhal sonra onunla barışmağa cəhd göstərməsini, habelə müsbət davranışını yüngülləşdirici hallar kimi nəzərə almayıb. Göstərilənlərə əsasən Cəlilabad rayon Məhkəməsinin hökmünün dəyişdirilməsini və Rahəddin Kazımova Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini xahiş edirəm".

Rasim Məmişov apelyasiya şikayəti verərək Rahəddin Kazımovun cəzasının ağırlaşdırılmasını istəyib. Hər iki şikayətə Şirvan Apelyasiya məhkəməsində baxılıb. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm