Xərçəng xəstəsi olan Nərmin Türkiyəyə aparıldı
Bizi izləyin

Qırmızı.az

Xərçəng xəstəsi olan Nərmin Türkiyəyə aparıldı

Gənc qıza ictimai dəstək kampaniyası nəticə verdi

Xərçəng xəstəliyindən əziyyət çəkən 17 yaşlı Nərmin Hüseynovaya yardım kampaniyası öz nəticəsini verib. Gənclərin könüllü şəkildə təşkil etdikləri kampaniyalar, kiçik yarmarkaların təşkili, məşhurların yardım aksiyasına cəlb olunması və s. yeniyetmənin həyat mübarizəsində ona dəstək olub.

N.Hüseynovaya edilən yardımların yekun nəticəsi isə o oldu ki, hazırda yeniyetmə ilkin müalicə kursu üçün Türkiyəyə yollanıb.

Müxtəlif obyektlərdə təşkil olunan ianə aksiyaları isə davam edir. Bütün bunlar haqqında məlumatı Facebook-dan almaq mümkündür. Sosial şəbəkələrdə aksiyalarla bağlı səhifələr, “event”lər var və məlumatlar hər saat yenilənməkdədir.


Biz də Nərminə, müxtəlif xəstəliklərdən əziyyət çəkən hər kəsə Allahdan şəfa diləyirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm