FHN Tibb Universitetindəki yanğınla bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

FHN Tibb Universitetindəki yanğınla bağlı məlumat yaydı

FHN Tibb Universitetindəki yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Tibb Universitetinin yataqxanasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Publika.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Nəsimi rayonunda səkkizmərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 17 kv.m olan 1 otağının yanar konstruksiyaları 15 kv.m sahəsi yanıb.

Yanğının kəşfiyyatı zamanı otaqda olan 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib və binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrindən 20 nəfər təxliyyə olunub.

Otağın qalan hissəsi və qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın saat 10:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm