İki qohum bir nəfəri öldürdü - GƏNCƏDƏ
Bizi izləyin

Qırmızı.az

İki qohum bir nəfəri öldürdü - GƏNCƏDƏ

Gəncə şəhər sakinini qətlə yetirmiş iki nəfər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aprelin 18-də Gəncə şəhərində şəhər sakini Yaqub Qəhrəmani münaqişə zəminində həmyerlisi Əli Əliyevə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. Nəticədə Ə.Əliyev ölüb.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qəhrəmani və hadisədə iştirak etmiş digər şəxs - şəhər sakini Əli Qəhrəmani tutulublar.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm