Mikayıl Cabbarov məktəbəqədər təhsil müəssisələrinin problemlərindən danışdı
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarov məktəbəqədər təhsil müəssisələrinin problemlərindən danışdı

«Məktəbəqədər təhsil müasir dünyada insanı şəxsiyyət kimi formalaşdıran bünövrədir. O, təhsilin ilk və ən vacib pilləsi olmaqla uşaqların erkən yaş dövründən həmyaşıdları ilə ünsiyyət qurmaq, cəmiyyətə inteqrasiya olunmaq, təfəkkürün və ilkin həyati biliklərin yaranmasını, məktəb təliminə hazırlığı, təbiətə və insanlara həssas münasibətin formalaşmasını təmin edir.

Bu mərhələdə uşağın aldığı biliklər onun gələcək təhsilə münasibətini və potensialını şərtləndirir». Publika.Az-ın verdiyi xəbərə görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov yap.org.az-a verdiyi açıqlamada deyib.

M.Cabbarov məktəbəqədər təhsil sahəsində görülmüş müsbət işlərlə yanaşı, həllini gözləyən bir sıra problemlərin də mövcud olduğunu bildirib.

Onun sözlərinə görə, Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyi ilə birbaşa tabeçilik münasibətlərinin olmamasına baxmayaraq, son 10 ayda nazirlik ümumtəhsil məktəblərində məktəbə hazırlıq qruplarının yaranmasını dəstəkləyən addımlar atıb:


«Məktəbəqədər təhsil pilləsinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi ölkənin gələcək inkişafı baxımından çox vacibdir. Bu gün ölkəmizdə məktəbəqədər təhsil sahəsində görülmüş müsbət işlərlə yanaşı, həllini gözləyən bir sıra problemlər də mövcuddur. Bu problemləri 3 əsas hissəyə ayırmaq olar - məzmun, müəllim və infrastruktur. Məzmun dedikdə, hazırda uşaq bağçaları təhsil müəssisələrindən daha çox obrazla desək, saxlama kameraları, yəni uşağa baxım müəssisəsi kimi qəbul edilir. Uşağa qulluq, qidalanma və uşaqla vaxt keçirmə məsələləri tədris və tərbiyə komponentlərini kölgədə qoyub. Təbii olaraq, bu amil müəllim-pedaqoji kadrların hazırlığı ilə bilavasitə əlaqəlidir. Bu sahə günün tələblərindən geri qalır və vəziyyətin yaxşılaşdırılması nazirliyimizin prioritetlərindən biridir»- deyə, nazir vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm