Quş əti hissələri çeşidləyən qanunsuz sex aşkar edilib
Bizi izləyin

Qırmızı.az

Quş əti hissələri çeşidləyən qanunsuz sex aşkar edilib

Sabunçu rayonu Ramana sovxozu ərazisində Vüsal Vahid oğlu Abdullayevə məxsus həyətdə quş əti hissələrinin çeşidlənmə sexi aşkar edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Publika.az-a verilən məlumata görə, bu barədə fakt Bakı şəhər Baytarlıq İdarəsi keçirdiyi reyd zamanı aşkarlanıb.

Aparılan araşdırma zamanı obyektin qeyri-qanuni fəaliyyət göstərdiyi və quş ətinin çeşidlənərək emal olunduğu müəyyən edilib. Eləcə də araşdırma zamanı sexin qeydiyyatı və emal edilən quş ətinin mənşəyinə dair heç bir sənəd təqdim edilməyib.

Reyd zamanı həyətdə olan soyuducuda təqribən 1 tona yaxın quş əti və 4 tona yaxın ətdən ayrılmış quş sümükləri (40-50 kisə) aşkar edilib. Qanunvericiliyə uyğun olaraq sexin fəaliyyəti dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm