FHN əməkdaşları beynəlxalq seminarda - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

FHN əməkdaşları beynəlxalq seminarda - FOTOLAR

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin on nəfərdən ibarət nümayəndə heyəti Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin təşkilatçılığı ilə Almatı vilayətinin Kapşaqay şəhərində keçirilən “Kazspas-2015” beynəlxalq seminar-toplanışında iştirak edib.

FHN-dən Publika.az-a bildiriblər ki, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Qırğızıstanı təmsil edən komandalar texnogen xarakterli, həmçinin su akvatoriyasında baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması, dağlarda xilasetmə əməliyyatlarının həyata keçirilməsi, kompleks çalışmaların yerinə yetirilməsi və 2400 metr məsafəyə kross qaçışı yarışlarında gücünü sınayıb.

Yarışlarda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası texnogen xarakterli hadisələrin nəticələrinin aradan qaldırılması və kompleks çalışmaların yerinə yetirilməsi üzrə komanda hesabında ikinci yerə layiq görülüb. Həmçinin Xidmətin giziri Timur Şahlamazov kompleks çalışmaların yerinə yetirilməsi üzrə şəxsi birincilikdə qalib olub.

Azərbaycan Respublikasını təmsil edən komandanın rəhbəri, polkovnik-leytenant Mustafa Rəcəbova yarışın keçirilməsində fəallıq göstərdiyinə görə diplom və medallar təqdim olunub.

Azərbaycan komandasına “Kazspas-2015” dostluq kuboku da təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm