İyunun 10-da və 12-də bu yollar bağlı olacaq
Bizi izləyin

Qırmızı.az

İyunun 10-da və 12-də bu yollar bağlı olacaq

İyunun 12-də başlanacaq I Avropa Oyunları ilə əlaqədar iyunun 10-da və 12-də bəzi yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdırılması planlaşdırılır.

Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən Publika.az-a verilən məlumata görə, Bakıda məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

- Şəmsi Bədəlbəyli küçəsi; Səməd Vurğun küçəsi; Bülbül prospekti; Rəşid Behbudov küçəsi; Azadlıq prospekti; İstiqlaliyyət küçəsi; Niyazi küçəsi; Şövkət Ələkbərova küçəsi.

12 iyun I Avropa Oyunlarının açılış mərasimi günü isə aşağıda qeyd olunan yollarda günorta saat 04:00-dan, növbəti gecə saat 02:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək; Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməyədək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm