Azərbaycanda sonuncu buraxılış imtahanları keçirilir
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda sonuncu buraxılış imtahanları keçirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan və Saatlıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

TQDK-dan Publika.az-a verilən məlumata görə, IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 21171 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 18113 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 219 imtahan rəhbəri, 1798 nəzarətçi-müəllim ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm