Qırmızı.az
ADİU-da əlilliyi olan tələbələr üçün mərkəz yaradılıb
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Əlilliyi olan Tələbələr üçün Mərkəz yaradılıb.
Universitetdən Publika.az-a verilən məlumata görə, mərkəzin əsas məqsədi əlil tələbələrin təhsil imkanlarının artırılmasından və təhsilə tam inteqrasiya edilməsindən ibarətdir.
Mərkəz fiziki məhdudiyyətli insanların ali təhsilə cəlb olunması, onların təhsilinə mane olan məhdudiyyətlərin aradan qaldırlması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində maarifləndirmə işlərini həyata keçirəcək. Həmçinin, eyni profilli mərkəzlər ilə təcrübə mübadiləsinin həyata keçirilməsi və cəmiyyətin müxtəlif təbəqələri arasında əlillik barədə maarifləndirmə işinin aparılması ilə məşğul olacaq.
Mərkəz “Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması” adlı TEMPUS (ESFİDİP) Layihəsi çərçivəsində yaradılıb və fəaliyyəti müxtəlif ianələr, proqramlar və layihələr tərəfindən də dəstəklənir.
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır