Qoroskop
Astroloji proqnoz - 23 oktyabr
Qoç - uzaqdakı tərəfdaşlarla əlaqələri inkişaf
etdirmək imkanı yaranıb. Çoxdan bəri planlaşdırdığınız səfər və ya
səyahətə hazırlaşa bilərsiniz. Vəzifənizin artmasını və ya gəlir
mənbəyinizin daha səbatlı olmasını istəyirsinizsə, bilik və
bacarıqlarınızı artırın.
Şəxsi işləriniz və maraqlarınızı işdən üstün tutmayın.
Günün ikinci yarısında qüvvənizi bərpa etmək üçün bir qədər tək
qalmalısınız. Səhhətinizə fikir verin.
Dərman qəbul edənədək sağlam həyat tərzini seçin, fiziki işlə
məşğul olun.
Buğa - bu gün çalışanda eksperiment edə
bilərsiniz. Sizi məqsədə aparacaq yolu yaxın ətrafınızdakı insanlar
təqdir etməyə bilərlər. Lakin qəbul etdiyiniz qərarların
dürüstlüyünə inamınız önəmli məqamdır.
Maliyyə durumu əlverişlidir. Çoxdan arzuladığınız əşyanı ala
bilərsiniz.
Əvvəllər qarşılıqlı anlaşmaya nail ola bilmədiyiniz insanlarla da
dil tapa bilərsiniz.
Birmənalı olmayan xarakterə malik insanla tanışlıq istisna
deyil.
Əkizlər - düşünülməmiş addımlar atmayın. Diqqət
və sərvaxtlıq tələb edən işdə səhv buraxmayın. Peşəkar fəaliyyət
sahəsi ilə yanaşı, evdə də problemlər yarana bilər.
Münaqişə və ya davadan sonra barışmaq asan olmadığından güzəştə
gedin, vəziyyəti ağırlaşdırmayın.
Günün ikinci yarısında aqressiv, qıcıqlı olmayın.
Əhəmiyyətli xərclər istisna deyil. Onların əksəriyyəti
məntiqsizdir.
Xərçəng - istənilən çətin situasiyadan və
mübahisədən qalib çıxmağı bacarın. Haqlısınız, mövqeləriniz
səbatlıdır. Opponentlər tezliklə anlayacaqlar ki, dürüst mövqe
tutubsunuz. Qüvvə və potensialınızı olduğundan artıq
dəyərləndirməyin. Mənasız, heç bir səbəbi olmayan riskə əl
atmayın.
İşdə tərəfdaş və ya həmkarlarla münasibətlər pisləşə bilər.
Fəaliyyət prinsipləri ilə bağlı mövqelərinizi bölüşməyən insanlarla
sərt mübahisə etməyin.
Ailənizin yaşamınızda əksini tapacaq qərar qəbul etməlisiniz.
Narahat və nigaran olmayın. Diqqətli olun, düzgün qərar verin.
Şir - yeknəsək, adi işləri tam başa çatdırın.
Yarımçıq heç nə saxlamayın. İşin effektivliyi, məhsuldarlıq azala
bilər.
Çağırış, yarış şəraiti yaranarsa, şikayətlənməyin. Problemlər
müvəqqətidir. Aktiv olun, daim irəlidə olmağa çalışın.
Kollektiv fəaliyyət üçün məhsuldar gündür.
Şəxsi münasibətlərdə aqressiv təşəbbüsə can atmayın. Planlarınızda
dəyişiklik ola bilər.
Konkret məsələ ilə bağlı mövqelərdə ciddi fərqlər yaranacaq.
Qız - çətin və laübəli gün olsa da,
problemlərin öhdəsindən gələcəksiniz. Uğursuzluğa düçar
olmayacaqsınız.
Yaşananları real dəyərləndirin. Hansısa iş alınmayanda təşvişə
düşməyin. Kiçik problemlərə görə əhvalınızı pozmayın. Məntiqli,
soyuqqanlı olun.
Yaxın ətrafınızdakı insanlar sizi təkrarlamağa çalışacaqlar.
Ailə üzvləriniz və qohumlarınız məsləhətlərinizi dinləsinlər.
Onların maraqlarını müdafiə edin.
Tərəzi - gün əhvalınızı yaxşılaşdıracaq. Xoş
ünsiyyət, effektiv müzakirələr üçün şərait yaranıb. İşdə situasiya
normal olacaq. Tələskənlik, tələblər olmayacaq.
Sürprizlər və gözlənilməz xəbərlər istisna deyil.
Günün ikinci yarısında yaşam enerjisi səviyyəsinin yüksək olması ev
işlərinin öhdəsindən gəlməyə kömək edəcək.
Mühüm məsələnin həllini tapmağa, yaxın ətrafınızdakı insanlarla
daha sıx ünsiyyət qurmağa imkan verəcək məlumat alacaqsınız.
Axşam saatlarında ciddi məsələ ilə bağlı situasiyada dəyişikliklər
olacaq.
Əqrəb - perspektivdə "stavka" edəcəyiniz ciddi
işlərlə məşğul olun. Saatlar keçdikcə şərtlər dəyişə, situasiya
kəskinləşə bilər. Bu səbəbdən də diqqəti əsas işə yönəldin,
soyuqqanlı olun, təmkinli davranın.
Günün ikinci yarısında münasibətlərdə ciddi problem yarana bilər.
Yeni məqsəd formalaşır. Hədəfə doğru qətiyyətlə irəliləyin, vaxtı
boş işlərə və puç arzulara sərf etməyin. Fiziki işlərdə xeyir
var.
Axşam saatlarını ailəyə həsr edin. Yaxşı tanıdığınız insanlarla
birlikdə istirahət edin.
Oxatan - maraqlı görüşlər, məhsuldar danışıqlar
günüdür. Mövqeyinizi həssas şəkildə bildirin. Önəm verdiyiniz
insanları özünüzdən narazı salmayın.
İşdəki uğurlarınızı rəhbərlik görməsə də, az sonra mükafat və ya
gəlir əldə edəcəksiniz.
İrəliləyiş gözlənilməz olacaq.
Yaşam arealında qayda yaratmaq üçün çalışmaq gərəkdir. Təmir və ya
köçə başlamaq olar. Yaxın ətrafınızdakı insanlarla müqayisədə daha
enerjili, daha diqqətli olun. Yaxınlarınızı astagəllikdə, ətalətdə
suçlamayın.
Oğlaq - özünüzü qoruyun, səhhətinizə fikir
verin. Nasazlıq, soyuqdəymə, zökəm, xroniki ağrıların kəskinləşməsi
ehtimalı var. Səfərdəsinizsə, yaxşı bələd olmadığınız marşrutla
hərəkət edirsinizsə, xüsusilə ehtiyatlı olun. Mənfi təmayüllərin
təsiri altında olan daha bir yaşam sahəniz maliyyədir.
Düşünülməmiş, gərəksiz xərclərə yol verməyin. Başqalarına imkan
verməyin ki, pullarınıza ağalıq etsinlər.
Günün ikinci yarısı uğurlu, əlverişli vaxtdır. Peşəkar irəliləyişə
nail olacaqsınız. Yeni layihə ilə bağlı işlərə başlayın. Şəxsi
münasibətlərdə ciddi problemlər olmayacaq. İstənilən çətin
vəziyyətdən çıxış yolu var.
Dolça - məqsədə aparan yolda səd və maneələr az olmayacaq. Amma səbrli, təmkinli davranaraq yaşam prinsiplərinizə sədaqətli qalsanız, çətinlikləri dəf edə bilərsiniz. Yeni işlər və ya riskli əməliyyatlarda iştirak maliyyə imkanlarınıza zərbə vura bilər. Praktiki, istehsala yönəlmiş fəaliyyət əhəmiyyətli nəticələr verəcək. Mübahisələrə qatılmayın. Dartışmalarda və fikir toqquşmalarında üstün gəlmək praktiki olaraq mümkün deyil. Belə qələbənin xeyri də yoxdur.
Balıqlar - maraqlı və xoş söhbətlər, uzun zaman unuda bilməyəcəyiniz görüş günüdür. Adətlərinizin bir qismini dəyişin, yaşamınızı daha zəngin edin. Əvvəllər maraqlanmadığınız işlə məşğul olun. Dostlar və yaxınlarınızın təşəbbüslərini dəstəkləyin. Yaradıcılıq potensialınız yüksək deyil. Orijinal ideyaların yaranma ehtimalı azdır. Lakin ətrafınızdakı insanlardan birinin konkret ideyalarını diqqətsiz qoymayın.
Sənədləşdirmə, müqavilə və anlaşma imzalamaq, mühüm sənədlərlə iş üzrə əlverişli gündür. Gəlir ehtimalı azdır.
Alış-veriş uğurlu ola bilər.
milli.az
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR