Qoroskop
Astroloji proqnoz - 2 sentyabr
Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...
QOÇ - Həmkarlarınızla, qonşu və qohumlarınızla aranızda soyuqluq gözlənilir. Bu kimi xoşagəlməzlikləri dəf etmək üçün təmkin nümayiş etdirməlisiniz. Nahardan sonra müqəddəs yerlərə baş çəkin.
BUĞA - İşgüzar əlaqələri dərinləşdirmək üçün birə-beş qat əzmkarlıq göstərməlisiniz. Qarşılıqlı anlaşma sizin üçün vacib şərtdir. Şəxsi həyatınızda mühüm rol oynayan adamlarla ünsiyyəti qoruyun.
ƏKİZLƏR - Maddi problemləriniz qabardığından bütün sahələrdə daxili süstlük sizi tərk etmir. Lakin usanmağa dəyməz. Ən azı ona görə ki, saat 14-dən sonra bu yönümdə uğurlu məqamlar yaşayacaqsınız.
XƏRÇƏNG - Xoş ovqat qazanmaq üçün bu təqvimdən maksimum istifadə etməlisiniz. Bu istiqamətdə Göy qübbəsi də sizə yardımçı olacaq. Sevindirici xəbərlər, maraqlı məclislər yolunuzu gözləyir.
ŞİR - Yeri gəldi-gəlmədi, özünüzü tərif etməkdən vaz keçin. Bu, nüfuzunuza ciddi xələl gətirə bilər. Çalışın ki, ünsiyyətdə olduqlarınıza mərhəmət göstərəsiniz. Səhhətinizə fikir verin.
QIZ - Öz bürcünüzün enerjili vaxtı olduğundan bu gözəl ayın ən düşərli bir gününü yaşayacaqsınız. Ələlxüsus da saat 12-17 arası maraqlı sövdələşmələrin iştirakçısına çevrilə bilərsiniz.
TƏRƏZİ - Təxminən saat 13-ə qədər ümumi əhvalınızda xoşagəlməzliklər baş qaldıra bilər. Sonrakı müddətdə isə nəzərdə tutduğunuz planları reallaşdırmaqda çətinlik çəkməyəcəksiniz.
ƏQRƏB - Hər mənada düşərli gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də şəxsi büdcənizin dirçəlməsində uğura yiyələnəcəksiniz. Axşam isə doğmalarınıza baş çəkməyiniz yaxşı olar.
OXATAN - Sağlamlığınızla bağlı bir neçə problemlə rastlaşma ehtimalınız var. Atmosferin bu çirkli çağında səhhətinizi xüsusilə toz-torpaqdan qorumalısınız. Digər işlərinizi təxirə də sala bilərsiniz.
OĞLAQ - Bu təqvimdən başlayaraq ürəkaçan dövranınız start götürəcək. Daha heç bir gərginliklə qarşılaşmayacaqsınız. Ulduzlar nahardan sonra büdcənizdə artım olacağını da bildirir.
SUTÖKƏN - Sevinc dolu hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, büdcənizdə ciddi artım da olsun. Amma yersiz qərarlar çıxarmaq fikrindən uzaq olun. Həmkarlarınızla dil tapmağa çalışın.
BALIQLAR - Saat 16-ya qədər əsəblərinizi qoruya bilsəniz, sonrakı müddəti rahat şəraitdə başa vuracaqsınız. Ümumiyyətlə, yaxşı olar ki, bu gün qeyri-ənənəvi, riskli işlərdən uzaq olasınız.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO