Qoroskop
Astroloji proqnoz - 14 noyabr
QOÇ – Müəmmalı bir tarixdir. Özünüzlə bağlı situasiyaları nəzarətdə saxlaya bilməyəcəksiniz. Yaxşı olar ki, etibar etdiyiniz adamların rəyi ilə hesablaşasınız. Sizə kömək göstərəcəklər.
BUĞA – Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Bu gün ulduzlar məclislərdə iştirakınızdan da xəbər verir. Dəvətləri qəbul etməyə çalışın. Səhhətinizə fikir verin.
ƏKİZLƏR - İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Qanqaraldan işlərə meyl etməsəniz, hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin.
XƏRÇƏNG - İxtiyarınızda olan bu gözəl gün hamıdan çox sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtınızı boşa verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz.
ŞİR - Daxili gərginliyiniz xeyli səngiyəcək. Bu isə başınıza yeni ideya və perspektivli fikirlərin gəlməsinə səbəb olacaq. Həlli mürəkkəb olan işlərə girişməyin. Sizə passivlik yaraşmır.
QIZ - Qarşınızda duran bu təqvimdə yalnız işgüzarlığınızı artırmalısınız. Yeni işlərə başlamaq haqqında sövdələşmələr aparın. Çünki bu addım böyük perspektivlərdən xəbər verir.
TƏRƏZİ - Sürprizlərlə dolu bir tarix yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafınızda cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz gözlənilir.
ƏQRƏB - Həqiqətə yaxın olan arzularla yaşayın. Paxıl və bədxah adamların müdaxilələrinə fikir verməyin. Bürcünüzün "hakimiyyətdə" olduğu bu maraqlı gündə enerjinizi boş şeylərə görə itirməyin.
OXATAN - Saat 15-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməyə çalışın.
OĞLAQ – Qarşınızda kifayət qədər füsunkar bir təqvim durur. Xüsusən də nahardan sonra həyatdan zövq alacaqsınız. Bundan başqa gün ərzində bəzi sirləri açmaq imkanınız olacaq. Axşam qonaq gedin.
SUTÖKƏN - Taleyüklü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin.
BALIQLAR – Səhər saatlarında proseslər mənfi istiqamətdə cərəyan edə bilər. Bu səbəbdən bəzi məsələlərdə ehtiyatlı olmalısınız. Günortadan sonra nüfuzlu və etibarlı adamlarla görüşməyiniz vacibdir.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər