Keçi ilində doğulacaq körpələri nə gözləyir?
Bizi izləyin

Qoroskop

Keçi ilində doğulacaq körpələri nə gözləyir?

Bildiyimiz kimi, 2015-ci il keçi ili üzərində təhvil olacaq.

Astroloqların rəyinə görə, üzümüzə gələn il yeni doğulacaq körpələr üçün uğurlu olacaq. 2015-ci ildə doğulacaq uşaqlar xoşbəxtlik və uğur əldə edəcək. Onların enerjisi ətrafdakı insanlara təsir göstərəcək, daxili potensialı onları hər zaman diqqət mərkəzində saxlayacaq, liderlik keyfiyyəti isə onların əsas xarakteri olacaq. Keçi ilində doğulan insanlar çox zaman bəşəriyyət tarixində öz sözünü deyiblər. Ona görə də güclü il altında doğulan uşaqlara düzgün tərbiyə vermək və onları daim valideyn nəzarətində saxlamaq lazımdır.

2015-ci ildə dünyaya gələcək uşaqlar mehriban, müəyyən məqsədə doğru can atan, qoçaq və aktiv həyat tərzi keçirən insanlar olur. Bununla yanaşı, keçi ili altında dünyaya gələn uşaqlar tərs, inadkar olur və onların yekəxanalığı bir sıra konfliktlərə səbəb olur. Ona görə də elə vaxtlar olacaq ki, onlarda əsəbilik, aqressiya halları da özünü göstərəcək. Bu xarakterləri nəzərə alaraq, keçi ilində doğulan lider uşaqları erkən yaşdan düzgün tərbiyə etmək lazımdır.

Yeni ildən sonra dünyaya gələcək uşaqlar ailə adət-ənənələrinə bağlı insanlar olacaq. Onlar köklərini unutmadıqları üçün yaxınlarının qeydinə qalırlar. Keçi ili dünyaya səyahətçi, bələdçi, dahi kino artisti və istedadlı musiqiçilər bəxş edir. Həmçinin qeyd edək ki, 2015-ci il keçi ilində dünyaya gələcək insanlar pulu sanki havadan qazanacaqlar. Çünki uğur hər zaman onların yanında olacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm