• USD 1,7202 0,00% EUR 1,8529 0,00%
    • GBP 2,1255 0,00% RUB 0,0298 0,00%

Astroloji proqnoz - 20 aprel

  • Qoroskop
  • 20 Aprel 2015 00:04
  • 1 763 Baxış
Astroloji proqnoz - 20 aprel

QOÇ – Neçə gündən bəri yığılmış gərginliyiniz ümumi ovqatınızı aşağı salacaq. Odur ki, ciddi işlərə girişməyə dəyməz. Səhhətinizi qoruyun. Axşama yaxın maraqlı adamlarla görüşləriniz olmalıdır.

BUĞA – Bu gün Bakı vaxtı ilə saat 13:43-də sizin bürc başladığı üçün hamıdan enerjili olacaqsınız. Maliyyə planlarınızın reallaşması sürətlənəcək. Həmkarlarınızla aranızda yaranmış soyuqluğu dəf edin.

ƏKİZLƏR - Maddi problemləriniz olsa da, işlə bağlı heç bir çətinliyiniz olmayacaq. Ulduzlar gələcək planlarınızı məxfi saxlamağı məsləhət görür. Hətta ən yaxın adamlarınıza belə sirr açmayın.

XƏRÇƏNG - Mövcud gərginlikdən qurtulmaq üçün uzaq səfərə çıxmağınız məsləhətdir. Çünki həm fiziki, həm də zehni cəhətdən çox yorulmusunuz. Sevgi münasibətlərində səmimi olun.

ŞİR – Bir çox yeniliklərin şahidi olacaqsınız. Bununla yanaşı, uğurlu sövdələşmələr aparmaq, banklarla işləmək üçün şanslarınız artacaq. Himayənizdəki uşaqların qayğısına qalın.

QIZ - Qarşınızda maraqlı bir təqvim durur. Bu səbəbdən də fürsətinizi fövtə verməyin. Sevdiyiniz adamlarla bir yerdə olun. İşgüzar münasibətlərdə ölçülü-biçili davranmağı da unutmayın.

TƏRƏZİ - İxtiyarınızda olan bu təqvimi məhəbbət istiqamətinə yönəldin. Çünki gün ərzində ən yüksək ovqatı məhz sevgidən alacaqsınız. Nahardan sonra müəyyən qədər işlə məşğul olmaq olar.

ƏQRƏB – Ətrafınızdakı insanların sizə münasibətinin dəyişməsi işlərinizə hopan gərginliyi azaldacaq. Xüsusən də saat 15-dən sonra şəxsi işlərinizdə irəliləyişlər və şanslar baş verəcək.

OXATAN - Təzə xəbərlər yolunuzu gözləyir. Ürəyinizcə olan və gələcəyiniz üçün böyük önəm daşıyan təkliflər də ala bilərsiniz. Bir sözlə, bu təqvim taleyinizdə əsaslı dönüş yarada bilər.

OĞLAQ - Yaxşı olar ki, günün əsas hissəsini mənzil şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, açıq havada olmaq müəyyən qədər uğursuzluq gətirə bilər. Dinə zidd hərəkətlərə yol verməyin.

SUTÖKƏN - Göy qübbəsi yalnız səfərlər üçün uğurlu təqvim yaşayacağınızdan xəbər verir. Doğmalarınıza, yaxınlarınıza baş çəkməyə dəyər. Hətta pulunuz olmasa belə, bir qədər borc götürün.

BALIQLAR - O qədər də uğurlu gün deyil. Bir tərəfdən səhhətinizlə bağlı problemlər, digər tərəfdənsə qarşılıqlı münasibətlərdə anlaşılmazlıqlar ovqatınızı poza bilər. Təmkinli olun.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR