Ermənistanda bir gündə 277 aksiya iştirakçısı saxlanıldı
Bizi izləyin

Region

Ermənistanda bir gündə 277 aksiya iştirakçısı saxlanıldı

Aprelin 22-də İrəvanda sabiq prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyada 277 nəfər saxlanılıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti bildirib.

Ötən gün İrəvanın Erebuni rayonunda polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib. Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb, 200-dən çox etirazçı saxlanılıb. Aksiyalara rəhbərlik edən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da saxlanılıb və ona qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb. Ermənistan Baş Prokurorluğu parlamentin deputatları Sasun Mikaelyan və Ararat Mirzoyanın da saxlanıldığını açıqlayıb.

Bundan əvvəl S. Sərkisyan və müxalifət lideri Nikol Paşinyan arasında görüş keçirilib. Cəmi 3 dəqiqə davam edən görüşdə N. Paşinyan S. Sərkisyanın istefa verməsini tələb edib. S. Sərkisyan isə bu tələbi qəbuledilməz adlandırıb və görüşü tərk edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm