Rəsmi xronika
İlham Əliyev Cocuq Mərcanlıya pul ayırdı
Prezident İlham Əliyev fevralın 14-də “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, Cəbrayıl rayonunun
Cocuq Mərcanlı kəndinin, eləcə də Füzulirayonunun Mirzənağılı və
Qazaxlar kəndlərinin ümumilikdə 680 hektar əkin sahəsinin suvarma
suyu ilə təmin edilməsi üçün həyata keçirilən tikinti işlərini başa
çatdırmaq məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il
dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya
xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü
yarımbəndində göstərilmiş məbləğin 700 min manatı Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Sərəncamda qeyd olunur ki, 2016-cı ilin aprel ayında Azərbaycan
Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində
erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb,
fərdi yaşayış evləri, ümumtəhsil məktəbi, məscid, elektrik
yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz,
elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan
avtomobil yolu çəkilib və artıq 172 nəfərdən ibarət 45 ailə öz
doğma yurduna qayıdıb. Hazırda 100 fərdi yaşayış evinin, uşaq
bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və
infrastruktur obyektlərinin, eləcə də əkin sahələrinin suvarma suyu
ilə təmin edilməsi üçün nasos stansiyasının və suvarma boru
kəmərlərinin tikintisi davam etdirilir.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO