Hava proqnozu - 10 sentyabr
Bizi izləyin

Sağlamlıq

Hava proqnozu - 10 sentyabr

Bakıda və Abşeron yarımadasında

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi 10-15 m/s, arabir 19-24 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26° isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında


Hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 30-34° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında


Hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı rayonlarda arabir 19-24 m/s güclənəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında


Hava əsasən yağmursuz olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı rayonlarda arabir 19-24 m/s güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 29-34° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında


Hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı rayonlarda arabir 19-24 m/s güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında


Hava əsasən yağmursuz keçəcək. Qərb küləyi 5-10 m/s, arabir 18-23 m/s güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında


Gün ərzində hava əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi 5-10 m/s, arabir 15-20 m/s güclənəcək. Havanın temperaturu gecə 20-22° isti, gündüz 28-33° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacağı gözlənilir. (azertag.az)
Oxumağa davam et
Reklam
Reklam

Gündəm