Gözlərin içinin parıldaması üçün ipucu
Bizi izləyin

Sağlamlıq

Gözlərin içinin parıldaması üçün ipucu

Gözlərinizin içinin parıldamasını istəyirsinizsə, limon damcısından mütləq uzaq durmalısınız. Göz həkimləri bildirirlər ki, gözlərin parıldaması üçün bəzi qızlar gözlərinə limon damcısı tökürlər. Bu isə korluğa səbəb ola bilər.

Gözlərinizin parıldamasını istəyirsinzisə, ilk növbədə çoxlu su içməlisiniz. Çünki su gözlərə canlılıq və parlaqlıq verir. Su çox içən insanların gözləri də parlaq olur.

Kosmetoloq və vizajistlər isə gözlərin parıldaması üçün qara çay kompresini təklif edirlər. Dəmlənmiş ilıq suya çox az pambıq batırın və onu gözünüzün üstünə qoyun. Daha sonra göz qapaqları o çayı onsuz da xəfifcə əməcək, beləcə bu onların parıldamasını təmin edəcək. Bunu həftədə 2-3 dəfə günün istənilən saatında edə bilərsiniz.

Gözlərin parıltılı görünməsini makiyajla da təmin etmək olar. Məsələn, gözün içinə ağ qələm çəkdikdə gözlər parıltılı görünür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm