Yaşıl çayın daha bir möcüzəsi
Bizi izləyin

Sağlamlıq

Yaşıl çayın daha bir möcüzəsi

Yaşıl çayın daha bir faydası ortaya çıxıb. ABŞ-ın Pensilvanya Universitetinin alimlərinin apardığı araşdırma zamanı yaşıl çayın ağız bölgəsindəki xərçəng hüceyrələrini yox etdiyi aşkarlanıb. Hətta yaşıl çay hüceyrələrin yenilənməsinə də kömək edir.

Alimlərin fikrincə, bu, yaşıl çayın tərkibindəki “epigallocatechin-3- gallate” (EGCG) maddəsi sayəsində mümkün olur.

Araşdırmanın rəhbəri Coşua Lambert yaşıl çaydan, sadəcə, müalicə zamanı deyil, xərçəngin qarşısını almaq üçün də istifadə edilməli olduğunu vurğulayıb:

“Yaşıl çay hamının asanlıqla əldə edib, istifadə edə biləcəyi bir məhsuldur. Kimyaterapiyanın mənfi təsirini nəzərə alsaq, xərçəngi önləmək üçün hər gün yaşıl çay içmək o qədər də çətin olmamalıdır”.

Qeyd edək ki, daha öncə 2002-ci ildə alimlər xərçəngin müalicəsi zamanı köməkçi vasitə olaraq yaşıl çaydan istifadə edilməli olduğunu açıqlamışdılar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm