Hovuzlar dənizdən daha təhlükəlidir? - VİDEO
Bizi izləyin

Sosial

Hovuzlar dənizdən daha təhlükəlidir? - VİDEO

Son illərdə hovuzlara nəzarət gücləndirilib. Bununla bağlı mütəmadi monitorinqlər aparılır. Aydındır ki, hovuzlar kafel ilə yığılır və vaxtlı-vaxtında təmizlənmədikdə birmənalı olaraq kafel aralıqları çirk, bakteriya və xəstəlik yuvasına çevrilir.

Publika.az bildirir ki, hovuz təmizliyi yetərincə əmək, təcrübə, xüsusi alət və təmizləyici vasitələr tələb edir. Mövsümlə əlaqədar olaraq gün ərzində dənizlə yanaşı, hovuzlardan böyük- kiçik daxil olmaqla yüzlərlə insan istifadə edir. Burda bir sual meydana çıxır. Yay günlərində hər birimizin xüsusilə də körpələrimizin ən çox sevdiyi məkana çevrilən hovuzları seçərkən ən çox diqqət yeriməli məqamlar hansılardır?

Hovuzların təmizliyinə mütləq nəzarət olunmalıdır. Çünki böyüklərlə yanaşı, həmin hovuzlardan azyaşlılar da istifadə edir.Qeyd etdiyimiz kimi hovuzların təmizlənməsində bir sıra kimyəvi maddələrdən istifadə olunur ki, bu da mütləqdir. Əks təqdirdə insan orqanizmində bir çox xəstəliklər yarana bilər.

Sonda isə qeyd edək ki,inkişaf etmiş dünya ölkələrində hovuz suyunun dezinfeksiyasında tərkibində gümüş olan təbii minerallar işlədilir. Xatırladaq ki sovet dövründə də kütləvi üzgüçülük hovuzlarının dibində 10 santimetrlik xüsusi gümüş lövhə olardı. Çünki gümüşün çökdürmək, mikrobları məhv etmək qabiliyyəti var. İstirahət, dincəlmək şərtdir. Amma əsas olan sağlamlığımızdır. Bu isə hər birimizin öz əlindədir. Mövzu ilə bağlı ARB kanalının süjetini oxuculara təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm