“Aprel savaşı”nın məğlub hərbçilərindən Sarkisyana BÖYÜK ZƏRBƏ
Bizi izləyin

Cənubi Qafqaz

“Aprel savaşı”nın məğlub hərbçilərindən Sarkisyana BÖYÜK ZƏRBƏ

İrəvanda Serj Sarkisyanın baş nazirliyinə etiraz edən aksiyaya hərbiçilər də qoşulub.

Publika.az
xəbər verir ki, minlərlə hərbiçi küçəyə axışaraq, Sarkisyana qarşı istefa şüaqrları səsləndirirlər.

Diqqət çəkən məqamlardan biri aksiyaya qoşulan hərbiçilərin 2016-cı ildə “aprel müharibəsi”ndə iştirak etmələridir.

Qeyd edək ki, Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin bir qismini azad etdiyi “aprel müharibəsi”ndə erməni hərbiçilər döyüşməkdən boyun qaçırırdı. Buna səbəb Ermənistan ordusunda özbaşınalığın baş alıb getməsi, siyasi-hərbi rəhbərliyin zabitləri incitməsi və s. idi. Döyüş vaxtı erməni hərbi birləşmələrinin arsenalındakı texnikaların işə düşməməsi də ordu rəhbərliyinin soyğunçuluğunu sübut etdi. Bu müharibədən sonra Ermənistanda hərbiçilərin ölkə rəhbərliyinə etibarı tamamilə yox oldu.

Digər tərəfdən, Qarabağa yerləşdirilən hərbiçilər “bizim olmayan torpaq üçün ölmək istəmirik” deyə etiraz edirdilər.
Döyüşdən sonra bu hərbiçilər təzyiqlə susduruldu. Lakin “aprel müharibəsi”ndə döyüşən hərbiçilərin bu gün İrəvanda küçələrə çıxaraq, etiraz etməsi onların Azərbaycan torpağı olan Qarabağa görə ölmək istəmədiklərini bir daha gündəmə gətirir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm