“Övladım yoxdur, amma itim var”- Azərbaycanlı model
Bizi izləyin

Tabloid.az

“Övladım yoxdur, amma itim var”- Azərbaycanlı model

“Həyat yoldaşım məni qısqanır”

Nyu-Yorkda fəaliyyət göstərən azərbaycanlı model Rüstəm Cəbrayılovun müsahibəsini təqdim edirik:

- Modellik fəaliyyətinə necə başladınız?

- Modelliyə özüm başlamışam, heç kim kömək etməyib. Televizorda reklam çəkilişinin elanını görüb müraciət etdim. Daha sonra universitetə gedəndə iki oğlan metroda yaxınlaşıb reklama çəkilməyə dəvət etdilər. Reklama çəkildikdən sonra özümə inam yarandı və modelliyə başladım. O vaxtlar bu sahə bizim ölkədə inkişaf etməmişdi və özümə inamım yox idi. İki-üç reklama çəkildikdən sonra əmin oldum ki. Mən model ola bilərəm və 2006-cı ildə müsabiqəyə qatıldım.

- Sizcə, Azərbaycanda modellik hansı səviyyədə inkişaf edib?

- Azərbaycanda modellik hələ indi inkişaf etməyə başlayıb. Bu sahənin inkişaf etməsi üçün yerli tekstil inkişaf etməlidir, öz şəxsi brendlərimiz olmalıdır. Hər hansı bir brendimiz dünya miqyasında tanınmalıdır.O zaman modellikdə, aktyorluqda inkişaf edəcək. Kariyeramı Amerikada qurmuşam. Buradakı inkişafdan çox xəbərim yoxdur. Amma dörd il əvvələ nisbətən fərq böyükdür. İndi bu sahəyə axın var.

- Amerikada fəaliyyət göstərsəniz də, Azərbaycanda da tanınırsınız. Ötən həftə baş tutan görüşdə də insanların sizə olan sevgisi bəlli oldu.

- Görüşə gələnlər məni sevənlərin hələ on faizi idi. Görüşü həftəiçi, günorta saatlarına saldığımız üçün adamların çoxu işdə və dərsdə idi, gələ bilmədilər. Bu həm dostlarla görüş idi, həm də Nərmin Hüseynliyə yardım xarakteri daşıyırdı. Allah Nərminə rəhmət etsin, ailəsinə başsağlığı verirəm.

Yaxın günlərdə bir dəfə də görüş təşkil edəcəm. İstəyirəm məni sevənlər inciməsin, hər zaman mənə dəstək olurlar, maraqlanırlar, mənimlə görüşə bilməyənlər gəlib görüşsünlər istəyirəm.

- Serial və filmlərə təklif alırsınız. Özünüzü hansı obrazda görürsünüz?

- Bir çox filmlərdən təkliflər gəlir, hələ dəyərləndirirəm. Aktyorluğa başlayıramsa, rolun fərqi yoxdur. Aktyorsansa, verilən rolu oynamalısan, əsas öhdəsindən gələ bilməkdi. Özümü aktyorluqda sınamadığım üçün hansı rolu oynaya biləcəyimi bilmirəm. Amma özümü ciddi obrazlarda görürəm.

- Amerikada 4-5 işlə məşğul olursunuz. Orada yaşamaq nə qədər çətindir?

- Orada yaşamaq çətindir, xərclər daha çoxdur. Orada həm oxumaq, həm yaşamaq üçün bir neçə işlə məşğul olmalısan. Modelliklə məşğul olanda universiteti dondururam, dərslərimə vaxt ayıranda modellikdən uzaqlaşıram. Şüşə kompaniyasında işləyirəm, trinajor müəllimi olaraq fəaliyyət göstərirəm, həkim köməkçisi olaraqda çalışıram. Buranın diplomu orada işləmir, yalnız bir smestr önə keçirsən. Normalda Amerikada ödənişsiz oxuyursan. Mən çaşıb buranın diplomunu göstərmişdim. Təhsil haqqını özüm ödəyirəm.

- Müsahibələrinizin birində Avropaya köçmək istədiyinizi bildirmişdiniz?

- Bütün işlərim Amerikadadır, Azərbaycanla bağlı sənəd lazım olanda çətinlik çəkirəm. Amerika vətəndaşlığını aldıqdan sonra əksər ölkələrdə vizasız səyahət etmək imkanım olacaq. İtaliyaya köçmək istəyirəm.O zaman həm Azərbaycana,həm də Amerikaya yaxın olacam.

- Evlisiniz, övladınız var?

- Övladım yoxdur, amma itim var. Çox populyardır. Camaat yaxınlaşıb birinci onu, sonra məni soruşur. İtim üçün darıxmışam.

- Həyat yoldaşınız azərbaycanlıdır, yoxsa?

- İstəmirəm şəxsi həyatımdan danışım. Bilirəm insanlara mənim özəl həyatım maraqlıdır, amma inanıram ki, məni başa düşərlər.

- Ətrafınızda bu qədər qız var. Yoldaşınız qısqanmır?

- Əlbəttə, həyat yoldaşım qısqanır. Lakin qısqandığı qədər də anlayışla qarşılayır. Mənim işim budur və mən hiss etməliyəm ki, nə qədər insan işimə qiymət verir. İnsanların sevgisi mənə işimi daha yaxşı görməyə kömək edir, stimul verir. Ailə həyatı quranda artıq model kimi fəaliyyət göstərirdim. Amma hər ailədə olan kimi xırda problem bizdə də olur. /Qafqazinfo.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm