Müğənni qonşusuna belə eşq elan edib - Fotolar
Bizi izləyin

Tabloid.az

Müğənni qonşusuna belə eşq elan edib - Fotolar

Populyar müğənni Yaşar Cəlilov "Ay qonşu" adlı mahnısına klip çəkdirib. Publika.az-ın məlumatına görə, kompozisiyanın sözləri Azər Şirinə, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur. "Ay qonşu"nun ssenari müəllifi Azər Baxşəliyev, rejissoru Elmir Süleymanovdur.

Hazırda montaj prosesində olan ekran işi yaxın günlərdə təqdim olunacaq. Y.Cəlilovun sözlərinə görə, klipin süjet xətti onun qonşusuna olan sevgisindən bəhs edir: “ Bu, mənim 13-cü klipimdir. Sevilən və professional aktyorlarla kamera arxasına keçmək mənə böyük zövq verdi. Əminəm ki, mahnı kimi klipi də tamaşaçılar, xüsusən də qonşuları ilə yaxşı münasibətdə olanlar bəyənəcək. Bu işimizin də uğurlu alınacağına əminəm”.

Ekan işində əsas rolları müğənni ilə yanaşı, Gənc Tamaşaçılar Teatrının aktyorları, əməkdar artist Nəsibə Eldarova (nənə), Natiq Fərzəliyev (satıcı) və Səbinə Məmmədova (qonşu qız) canlandırıb.

Klipin operatorları Rəşad Qarayev, Cavanşir Ağayev, işıqçı Novruz Novruzov, montaj Elnar Həşimov, rəssamı Elnarə Səfərova, qrim ustası Tahirə Əliyeva, kastinq Mehman Məmmədov, təşkitatı işləri isə Sarvan Zamanova məxsusdur.

"Ay qonşu" mahnısına çəkilən klip "Bizim Cəbiş müəllim" və "Məhəllə" filmlərinin çəkildiyi həyətdə lentə alınıb.

Çəkiliş prosesindən olan fotosessiyanı təqdim edirik.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm