Lütfiyar İmanovun 85 illiyi münasibətilə “Aida”-nın tamaşası olacaq
Bizi izləyin

Tabloid.az

Lütfiyar İmanovun 85 illiyi münasibətilə “Aida”-nın tamaşası olacaq

Lütfiyar İmanovun 85 illiyi münasibətilə “Aida”-nın tamaşası olacaq

Aprelin 26-da Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşada əsas rolları gənc solistlər Çinarə Şirin (Aida), əməkdar artist Səbinə Vahabzadə (Amneris), Anton Ferştandt (Ramfis) və başqaları ifa edəcəklər.

Tamaşada azərbaycanlı vokal ustaları ilə yanaşı, Gürcüstandan dəvət edilmiş solistlər - Gürcüstanın xalq artisti, professor Teymuraz Ququşvili və əməkdar artist Sulxan Qvelesiani (Amonasro) da çıxış edəcəklər.

Opera və Balet Teatrı “Aida” operasının tamaşasını görkəmli müğənni, SSRİ xalq artisti Lütfiyar İmanovun 85 illiyinə həsr edəcək.

Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm